Prezident: Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var

Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətinin stimullaşdırılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31