XİN Belqradda məktəbdə baş verən atışma ilə bağlı başsağlığı verdi

Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" hesabında qeyd edilib.

"Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik", - deyə bildirilib.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda məktəbdə silahlı insident baş verib. Hadisəni məktəbdə oxuyan şagirdlərdən birinin törətdiyi bildirilir. Baş vermiş silahlı insident zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi qətlə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31