Qarabağdakı ermənilərə status verilməyəcək - ÖZƏL
3 May 2023 15:13 SiyasətXİN başçıları çərçivə sənədini müzakirə edirlər. Qarabağdakı ermənilərə status verilməyəcək, onların mədəniyyətlərini və dillərini qorumağa şərait yaradılacaq. "Olaylar"ın məlumatına görə, bunu deyən poltoloq Zaur Məmmədovun sözlərinə görə, bununla bağlı razılıq var: "Bu günlər ərzində Azərbaycan və Ermənistan çərçivə sənədini imzalamalıdırlar. Əgər ABŞ da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sənəd imzalanmazsa , bu , rəsmi İrəvanın əldə edilmiş razılıqların yazılı şəkildə sənədə həkk etdirilməsindən qaçışı kimi başa düşüləcək. Öz növbəsində, Qarabağ ermənilərinin Azərbaycanda heç bir xüsusi imtiyaza malik olmayacaqlarına dair tezisimizlə Dövlət Departamentinin razılaşması rəsmi Bakının növbəti qələbəsidir".