Azərbaycan-Albaniya İşçi Qrupunun ilk iclası keçiriləcək
3 May 2023 14:58 Siyasət4 may tarixində Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.
"OLAYLAR" Energetika Nazirliyindən bildirilib ki, tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
İclas zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31