Ermənistan və Azərbaycan müxalifəti Putindən niyə narazı qaldı? - AÇIQLAMA

Elxan Şahinoğlu: “Rəsmi İrəvan narahatdır ki, Rusiya Ermənistana göstərdiyi köməyi azalda bilər”

"Putinin Azərbaycan səfərindən Ermənistanın narahat olması üçün kifayət qədər əsasları var. Çünki Rusiya Ermənistanın strateji müttəfiqidir, işğalçılıq siyasətini dəstəkləyir. Belə bir məqamda Putin İrəvana yox, Bakıya səfər edir. Azərbaycanla Rusiyanın hərbi və iqtisadi əməkdaşları genişlənir. Bunun nəticəsidir ki, Azərbaycan Rusiyadan 4 milyard dollar dəyərində silah alıb. Qeyd edilən amil Rusiyanın tamamilə xeyrinədir, hərbi sənaye kompleksi üçün əhəmiyyətlidir". Politoloq Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu qeyd etdi ki, Ermənistan Rusiyadan silahı hədiyyə kimi alır. Belə vəziyyətdə Azərbaycan Rusiya üçün daha əlverişli portnyordur. Digər tərəfdən Ermənistan Avropa İttifaqı ilə assosativ saziş imzalamağa çalışır ki, bu Rusiyanın maraqlarını əks etdirmir. Amma Azərbaycan belə bir sazişin imzalanmasına o qədər də səy göstərmir: "Ona görə də rəsmi İrəvan narahatdır ki, Rusiya Ermənistana göstərdiyi dəstəyini azalda bilər. Azərbaycanla Rusiya arasında bağlı qapılar arxasında hər hansı bir razılaşma ola bilər ki, Dağlıq Qarabağ işğaldan azad olunsun. Düzdür, bu ehtimal o qədər də inandırıcı deyil. Amma Ermənistanda belə bir qorxu var. Ona görə də ermənilər Putinin Bakı səfərinə bu qədər qısqanc yanaşırlar". Azərbaycan müxalifətinin Putinin Bakı səfəri ilə bağlı aqressiv mövqeyinə münasibət bildirərkən qeyd etdi ki, müxaliflərin Kreml başçısına qarşı narazı mövqeyinin arxasında RF dövlət başçısının Azərbaycanda keçiriləcək prezident seçkilərində indiki hakimiyyəti dəstəkləyəcəyi barədə səsləndirdiyi bəyanatlar dayanır: "Çünki bu səfər seçkilərdən sonra da reallaşa bilərdi. Putinin seçkilərdən əvvəl səfəri isə onu göstərdi ki, Kreml İlham Əliyevin hakimiyyətdə qalmasının tərəfindədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00