Dünya azərbaycanlılarını hər zaman bir arada edən azərbaycançılıq ideologiyasıdır - ÖZƏL
3 May 2023 11:46 Siyasət"Azərbaycançılıq ideologiyasını gücləndirmək hər bir soydaşmızın mənəvi borcudur. Dünya azərbaycanlılarını bütöv və hər zaman bir arada edən azərbaycançılıq ideologiyasıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rüstəmova səsləndirib. O bildirib ki, bizi birləşdirən və əlaqəli saxlayan budur: "Hər zaman bir-birimizin yanında olmaq arzusu bu ortaq ideologiyadan irəli gəlir. Ortaq ənənələr, fikirlər, istəklər hamısı bu bir ideologiyada toplanır. Etiraf edək ki, azərbaycançılıq ideologiyasının gücü sözlə izah edilə bilməz, bu, yalnız hiss olunur".
Tarixçi hesab edir ki bu ideologiyanın güclənməsi üçün öncə xaricdəki soydaşlarımızın vətənlə bağlılığı daha da möhkəmlənməlidir: "Onların vətənə bağlılığını artırmaq üçün müxtəlif ideloji layihələrin həyata keçilməsi vacib amildir. Vətənə bağlı olmaq, milli idelogiyaya bağlı olmaq deməkdir. Vətən sevgisi ilə böyüyən nəsil harada yaşamasından asılı olmayraq doğma torpağını unuda bilməz. Ən vacib məsələ yetişən nəslin milli düşüncəsinə diqqət etməkdir. Onlar yaşadıqları ölkələrdə assimliyasiya olmadan böyüməlidirlər. Azərbaycanlıların birliyi hər zaman xalqımızı və dövlətimizi ucaldar. Sevindirici haldır ki, xaricdəki soydaşlarımız Ulu Öndərin tapşırıq və tövsiyələrinə uyğun olaraq öncə dilimizi və adət-ənənələrimizi qoruyur və orada böyuyən bütün Azərbaycan gənclərinə azərbaycançılığı çatdırmağa çalışır və Azərbaycanla sıx əlaqədə olmağı təbliğ edirlər".