Azərbaycançılıq məfkurəsi bütün azərbaycanlıların mənafeyini ifadə edir - ÖZƏL

"Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycan Respublikasını özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır".  "Olaylar" xəbər verir ki, bunu millət vəkili Pərvin Kərimzadə deyib. Bildirib ki, müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasındadır: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal ətrafında birləşdirə bilməsindədir. Azərbaycançılıq məfkurəsi milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Bu maraqlar sadə vətəndaşın sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir və məhz buna görə də bütün sosial təbəqələrin mənafelərinin ifadəçisi kimi qavranılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31