Bütün bu işlərin icrası gərgin əməyin və iqtisadi gücün təzahürüdür - ÖZƏL

"Ölkə rəhbərinin işğaldan azad olunmuş torpaqlara hər səfəri yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə yadda qalır ki, ötən gün də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam ziyarəti bu qəbildəndir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, erməni qəsbkarlarından azad olunan torpaqlarda sürətli şəkildə yenidən qurma işləri həyata keçirilir və  məcburi köçkünlərin tez bir zamanda öz doğma yurdlarına qayıtması üçün  zəruri olan bütün infrastruktur layihələri işlənib hazırlanır: "Təbii ki, görülən işlərin miqyası və əhatəsinə nəzər saldıqda insanda bu fikir qətiləşir ki, bütün bu işlərin icrası gərgin əməyin və iqtisadi gücün təzahürüdür".

AVP rəsmisi deyib ki,   Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevlə davam edən enerji siyasəti ölkəyə davamlı kapital axını ilə yanaşı dayanıqlı inkişaf və rəqabətçil iqtisadi mühütün  formalaşmasına zəmin yaratdı: "Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının iqtisadi potensialı  artıq xarici investorların diqqətini cəlb edir ki, buda başa düşüləndir. Orta dəhliz kimi  perspektivli meqa layihənin bu ərazilərdən keçməsi bölgənənin prestijini dahada artırır. Tez bir zamanda qurulan Zəngilan, Füzuli hava limanları ilə böyük bir logistik mərkəz formalaşdırılır. Təbii ki Azərbaycanın müstəqil xarici siyasət həyata keçirməsi İran, Fransa, Rusiya kimi imperialist meyllərə çıxış edən ölkələri narahat edir. Bu dövlətlərin artan anti-Azərbaycan meylərinin kökündə duran səbəblərdən biri də məhz ölkəmizin həyata keçirdiyi nəqliyyat və enerji siyasətidir.  Həmin güclər Azərbaycan faktorunu bir təhdid kimi qəbul edir, ölkəmizin həyata keçirdiyi layihələrin icrasına mane olmaq üçün mümkün olan bütün variantlardan istifadə edirlər. İstər Ermənistan üzərindən edilən həmlələr, istər Qarabağda separçılar vasitəsilə qurulan oyunlar, istərsədə sərhədlərimizdə mütəmadi hal alan hərbi təlimlər. Hər biri ölkəmiz əlehinə qurulan planların tərkib hissəsidir. Lakin biz istənilən situasiya hazırıq və öz maraqlarımızı müdafiə etməkdən çəkinmirik. Ən son olaraq Ermənistanla sərhəddə qurulan gömrük keçid məntəqəsi buna sübutdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31