Deputatımız Qlobal Qadınlar Sammitində iştirak edəcək
2 May 2023 15:43 Siyasət
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində iştirak etmək üçün mayın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki,
tədbirdə qlobal və regional meqatrendlər, davamlılığın yenidən müəyyən edilməsi, qadın sahibkarlığının inkişafı, ailə biznesində yeni reallığa keçid, gender bərabərliyinin beynəlxalq göstəricilərinin təmin edilməsi, enerji sahəsində qadınların fəaliyyəti, rəqəmsal transformasiya və əməyin gələcəyi, qadınlara məxsus müəssisələrin maliyyələşdirilməsi üçün yeni şərtlər və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər mayın 7-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31