Uşaqlar himayədar ailələrə hansı qaydada veriləcək? - ÖZƏL

Valideyinini itirmiş və valideyin himayəsindən məhrum olunmuş 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləəcək və nəzərə alınacaq.  "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili,  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Bildirib ki, 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə, onun razılıq verməsi zəruridir. Ümumilikdə, uşağın himayədar ailəyə verilməsinə uşaqların, valideynlərin, uşağın yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31