Komitə sədri: “Prezident Konstitusiyaya görə səlahiyyətli nümayəndəlliklər yarada bilər”
2 May 2023 13:17 Siyasət"Azərbaycan Prezidentinin təyin etdiyi səlahiyyətli nümayəndələr faktiki yerli icra hakimiyyəti başçılarının funksiyalarını yerinə yetirirlər". Olaylar xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib. Deputat bildirib ki, Prezidentin səlahiyyətli nümayəndələrinin yerli icra hakimiyyəti başçılarına göstəriş verib-vermək səlahiyyətinə malik olduğu da ona aydın deyil: "Konstitusiyanın 134-cü maddəsində qeyd olunub ki, icra hakimiyyətini yerlərdə yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları ilə bu məsələ ilə bağlı müzakirə aparmalyıq".
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Prezident Konstitusiyaya görə səlahiyyətli nümayəndəlliklər yarada bilər: "İcra hakimiyyəti orqanları əhali, səlahiyyətli nümayəndələr ərazi ilə məşğuldur. Heç kim də heç kimin səlahiyyətinə qarışmır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31