Deputat vəfat edən ANAMA işçilərinə şəhidlik statusunun verilməsini təklif edib

"Tərtərdə ANAMA əməkdaşlarından üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb və həyatlarını itirib. Çox ağır bir faciə oldu. Bu faciəvi ölüm ən ağır və ən təhlükəli işlə məşğul olan ANAMA və əməkdaşları ilə bağlı sosial qayğının, əmək haqqının, sığorta və onların ölümündən sonra özlərinə və ailə üzvlərinə hansı münasibətin sərgilənməsi məsələsini gündəmə gətirir". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Razi Nurullayevin sözlərinə görə, burada bir neçə yanaşma ola bilər. Mənim ANAMA və əməkdaşları ilə yaxın münasibətim var, orada işləyən tanış və dostlarım var, onlar  narahatlıq və fikirlərini mənimlə bölüşürlər. ANAMA əməkdaşlarının əmək haqqına gərək yenidən baxılsın, bir də onların ölümündən sonra şəhidlik statusunun verilməsi məsələsi gündəliyə çıxarılsın: "Bir ailə öz ailə başçısını itirirsə və bu işğaldan azad olunan Qarabağda vəzifə borcunu yerinə yetirən zaman baş verirsə, o zaman elə bu şəhidliyə bərabər tutulmalı məsələdir. Təklif edirəm ki, ANAMA işçilərinin əmək haqlarının artırılması, onlara və ailə üzvlərinə güzəştlərin nəzərdə tutulmasını, həlak olan əməkdaşlarının isə şəhid statusuna bərabər tutulmasını təklif edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31