Özünü müxalifət lideri kimi təqdim edən birinin oğlu qondarma erməni soyqırımını tanıdığını bildirib

"Kütlənin zövqü televiziyaların yayım siyasətini müəyyən etməməlidir. Bu gün çoxsaylı İnternet telekanalı mövcuddur. Onların arasında kifayət qədər səviyyəli olanlar var". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili  Bəhruz Məhərrəmovun sözlərinə örə, ancaq elə İnternet telekanalları var ki, ciddi reklam resursları olmaya-olmaya böyük imkanlara malikdir: "Onların qarşısına Soros ideyalarını təbliğ etmək, ermənilərin əli ilə edə bilmədiyini - Azərbaycanı daxildən dağıtmaq missiyası qoyulub. Bu gün özünü müxalifət lideri kimi təqdim edən birinin oğlu qondarma erməni soyqırımını tanıdığını bildirib. Ata oğluna görə hüquqi məsuliyyət daşımasa da, mənəvi məsuliyyət daşıyır. Bunu bir məmurun oğlu etsəydi, münasibət necə olardı? Bir məmurun övladı təsadüfi qəza törədəndə belələri necə səs-küy salır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31