Yerli telekanallara baxanların sayı azalıb

"Son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb". Olaylar xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Zahid Oruc deyib ki, bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib: "Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31