Deputat İTV-də dünya azərbaycanlıları ilə bağlı proqram yaradılmasını təklif edib
2 May 2023 12:32 Siyasətİctimai televiziyada dünya Azərbaycanlıları ilə bağlı proqramın yaradılmasına ehtiyac var. Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, AZ TV-də "Mədəniyyət" proqramı olduğu kimi İctimai televiziyada da belə bir proqram yaratmaq mümkündür: "Bu poqramda Azərbaycan dili, tarixi və ədəbiyyatını öyrənən verilişlər təqdim edilməlidir. Bir televiziya proqramı ayrıca bir kanalı əvəz edə bilər. Bəzi dövlətlər Azərbaycanla bağlı xoşagəlməz veriliş yayımlayanda deyirlər ki, özəl kanaldır, dövlətə aidiyyatı yoxdur. Buz də bu proqramlardan istifadə edib düşmənlərimizə də cavab verə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31