Türkiyə-Azərbaycan birliyi sarsılmaz, əbədi və dönməz olacaq

"Azərbaycan xalqının Türkiyəyə xüsusi rəğbətinin kökündə başlıca olaraq, Ulu öndərin "bir millət, iki dövlət" ideyasının gerçəkləşməsi və Vətən müharibəsində Qələbəmizə göstərilən mənəvi-siyasi yardım dayanır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc Sələndirib: "Halbuki Azərbaycanı 1991-ci ildə ilk tanıyan dövlətlə strateji müttəfiqliyə yalnız 2010-cu nail olundu. Əgər 90-cı illərdə Türkiyə Azərbaycana iki "vertolyot" verməkdə risq görürdüsə, 2020-ci ildə F-16 təyyarələrinin ölkəmizdə varlığı xarici təhlükələrə qarşı birgə savaşın simvoluna çevrildi. Nəticədə "işğala məruz qalan ölkə" statusu dünyada "tək qalib dövlət" səviyyəsinə yüksəldi, Çanaqqala və Şuşa Zəfəri eyni Qurtuluş hərəkatı adlandı".

Deputat əlavə edib ki, keçirilən sorğunun nəticələri bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti Türkiyənin gələcək siyasətinin dəyişməməsini gözlənilən sülh müqaviləsi, Zəngəzur yolunun açılması, türk və islam dünyasında Türkiyənin liderlik rolunun davam etdirilməsi, o cümlədən Yaxın Şərq və beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətli sayır. Beləliklə, min illərdir qüdrətli dövlətlər qurmağı bacaran bir millət gələcək taleyini də məhz özü müəyyənləşdirib və inanırıq ki, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan birliyi sarsılmaz, əbədi və dönməz olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31