Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bildirib

"Sosial Tədqiqqatlar Mərkəzi Türkiyədə keçirələcək seçkilərə cəmiyyətimizin münasibətini öyrənib. Bəlli oldu ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti, yəni 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izləyir, 73.3%-i nəticələri ölkəmiz üçün çox əhəmiyyətli sayır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc Sələndirib: "Vətəndaşlarımızın 90.4%-i seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyir, yalnız 5.1%-i Kamal Kılıçdaroğlunu qalib görməyi arzu edir. Rəcəb Tayyib Ərdoğana rəğbətin səbəbləri Vətən müharibəsində Qələbəyə göstərdiyi prinsipial dəstəyə, azad olunan torpaqlara səfərləri və Zəfərimizin simvolu olan Şuşada imzalanan hərbi-siyasi müttəfiqlik bəyannaməsinə, İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi qətiyyətli mövqeyə, Ermənistanla aparılan "sülh danışıqları"nda birgə hərəkətə, Rusiya-Ukrayna müharibəsində Türkiyəni lider edən müstəqili siyasətə görədir.

Respondentlərin 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bildirib, 26.0% isə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan müttəfqliyinin inkişaf edəcəyinə inamını ifadə edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31