70 yaşlı insanları televiziyalara dəvət edib evləndirilər

"Yerli televiziyalar xarici proqramları görtürüb Azərbaycanda tətbiq edirlər. Bu zaman heç bir milli dəyərlər gözlənilmir". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə televiziyalarda ailə qurulur, ailə məsələləri müzakirə olunur: " 70 yaşlı insanları televiziyalara dəvət edirlər, evləndirilər. Harada görünüb ki, televiziyada ailə qurulsun? Belə verilişlərlə cəmiyyətin mənəviyyatını korlayırlar. Düşünmürlər ki, həmin verilişlərə onların da uşaqları, nəvələri baxır. Belə verilişlərdən hansı tərbiyyəni götürmək olar? Əslində belə verilişlər əxlaq qaydalarına ziddir və milli-mənəvi dəyərləri korlaylır. Belə verilişlərlə millətin tərbiyyəsini pozmayın!"  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31