Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib - ÖZƏL
2 May 2023 11:49 SiyasətMayın 1-də Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib: "Tələbələrin təqdim etdikləri maraqlı səhnəciklərə tamaşa etdik. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iqtisadiyyatının güclənməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması yolunda fədakar əməyini heç zaman unutmayacaq. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31