Ermənistan mina terrorunu sistemli şəkildə davam etdirir
2 May 2023 11:49 Siyasət"Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir". Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Elşad Mirbəşir deyib: "3300 nəfər Azərbatycan vətəndaşı mina qurbanı olub. Təkcə ötən həftə ərzində 4 vətəndaşımız Ermənistanın mina terorrunun qurbanına çevrilib. Amma buna laqeyd münasibət bəslənilir. Təbii ki, bu, regonu təhlükə qarşısında qoyur. Azərbaycanda fəaliyyət göstərən səfirlər öz narahatlıqlarını bildirdilər. Amma bu mina terrorunun kim tərəfindən həyata keçirildiyini qeyd etmədilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31