Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir
1 May 2023 19:47 SiyasətMilli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Türkiyə parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün mayın 2-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.
MM-dən Olaylar-a bildirilib ki, deputatımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə 9 Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin birgə keçirdiyi konfranslarda və bir sıra digər tədbirlərdə iştirak edəcək.
Səfər mayın 6-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31