Azərbaycan ilə Yaponiya arasında Bakıda imzalanmış Konvensiya təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2022-ci il dekabrın 27-də Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31