Heydər Əliyevin 100 illiyi münasibətilə intellektual yarış keçirilib

Yardımlı Rayon Gənclər və İdman İdarəsi,Yardımlı rayon Təhsil sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə A.B.Nəcəfov adına Arus kənd tam orta məktəbininin gəncləri arasında intellektual yarış keçirilib. "Olaylar" xəbər verir ki, yarışda 30 nəfər gənc olmaqla 6 komanda iştirak edib. Bütün rəqiblərinə qalib gələn "Amal" komandası kubok və diplom, 2-ci və 3-cü yerləri tutmuş komandalar isə diplomla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31