Azərbaycan Xankəndi qarışıq bütün erməni icmasının təhlükəsizliyinə təminat yaratdı - ÖZƏL

"Azərbaycan özünün dünyəvi və sivil dövlət olduğunu yenə də dünyaya göstərmiş oldu. Qarabağ erməniləri bu günə kimi yaşadıqları və adına dövlət dedikləri saxta qurumun əslində oyuncaq və qondarma bir qurum olduğunu görmüş oldular. Dövlət dedikləri necə olur, onlara sübut edildi, bütün qurumları ilə, strukturları ilə".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  Azərbaycan Qarabağ ermənilərinə normal, təhlükəsiz yaşayış şəraiti təklif etdi: 

"Şərtlər isə sadədir. Azərbaycan vətəndaşlığını qəbul etmək. Azərbaycan tək dövlətin yox, Xankəndi qarışıq bütün erməni icmasının təhlükəsizliyinə təminat yaratdı. Onların təhlükəsiz gediş-gəlişini təmin etdi. Sülh olacağı təqdirdə hansı şəraitdə yaşayacaqlarının təlimini ermənilərə keçdi, çünki ermənilər bu illər ərzində çox başıpozuq qalıblar və pis vərdişlərə yiyələniblər. Azərbaycan dövləti onları bu problemdən də xilas edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31