Azərbaycan-Türkiyə dostluq-qardaşlığından dünyaya daha bir nümunə - ÖZƏL

"Türkiyə-Azərbaycan dostluq və qardaşlığı hər ötən gün daha da güclənir, ayrılmaz tellərlə bir-birinə daha da sıx bağlanır və dünya üçün nümunəyə çevrilir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən  "TEKNOFEST" festivalında iştirak etmək üçün qardaş ölkəyə səfər etməsi bunun bir daha əyani sübutu idi". Bu fikirləri "OLAYLAR"-a "Mili İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, dövlət başçısının səfəri zamanı ən yadda qalan və anlam daşıyan tədbirlərdən biri də "TEKNOFEST" çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu: "Bu bir daha iki qardaş ölkənin bütün situasiyalarda bir-birinin yanında olduğunun əyani sübutudur".

Türkiyədə dağıdıcı zəlzələ baş verən ilk andan qardaş yardımına gedən Azərbaycanın bu gün də zəlzələ qurbanlarına öz dəstəyini davam etdirdiyini diqqətə çatdıran Arzuman Muradlı "Cənab İlham Əliyevin də dediyi kimi Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir", deyə vurğulayıb.

İctimai Birlik sədri deyib ki, İkinci Qarabağ müharibəsində sona qədər qardaş Türkiyənin yanında yer aldığı kimi, bu gün də Azərbaycan Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin aradan qaldırılması istiqamətində sona qədər öz qardaşının yanında yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31