Xəzər Teyyublu: “Mustafa Hacıbəyli məsələlərə şəxsi prizmadan yanaşır”

"İsa bəy mübarizədə ən ardıcıl siyasi liderdir. Başqa siyasi liderlər müəyyən dövrdə hakimiyyətlə müəyyən razılaşmalara gediblər. Amma İsa Qəmbər yeganə partiya sədridir ki, heç vaxt hakimiyyətlə heç bir razılaşmalara getməyib, ardıcıl mövqe sərgiləyib". Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, Mustafa Hacıbəyli məsələlərə şəxsi prizmasından yanaşır. Başqan müşaviri subyektiv fikirlər səsləndirib və ona hər hansı bir şərh vermək də düzgün deyil. X.Teyyublunun sözlərinə görə real müxalifətdə olan heç bir partiya sədri hakimiyyətlə danışıqlara getmir: "Tək Müsavat partiyası yox, digər müxalifət partiyaları heç vaxt gizli şəkildə belə qərar qəbul etməyib. Mustafa bəy sadəcə olaraq subyektiv fikirlərinə əsaslanaraq belə qənaətə gəlir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00