Ermənilərin daha bir oğurluğunun üstü açıldı - ÖZƏL
1 May 2023 10:30 SiyasətBədxah qonşularımızın həyasızlığının ölçüyə gəlməyən həddini bir daha sübut edən bu val Rəşid Behbudov Fondunun arxivində qorunur. "Erməni xalq mahnısı "Koroğlu". İfa edir Şoqik Mkrtçyan. Müşaiyət edir Q. Mirzəyanın idarəsi ilə xalq çalğı alətləri ansamblı". "Olaylar" xəbər verir ki, bu məlumatı dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşid sosial şəbəkədə paylaşıb. Bildirib ki, bu val 1950-1960-cı illərdə SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə çap edilərək dövriyyəyə buraxılıb: "Baxmayaraq ki, 1937-ci il aprel ayının 30-da Bakıda Üzeyir bəy Hacıbəylinin olməz "Koroğlu" operasının premyerası böyük uğurla baş tutmuşdu. Üzeyir bəyin "Koroğlu" operası musiqi, teatr aləmində ciddi bir hadisəyə səbəb oldu. SSRİ Mədəniyyət Nazirliyi də bu hadisədən xəbərsiz deyildi. Buna baxmayaraq bədnam qonşuların bu iyrənc əməllərinin nəinki qarşısını almamış, əksinə buna rəvac vermişdir".