Prezident: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq
29 Aprel 2023 14:47 SiyasətYaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: "Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və "Bayraktar" mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31