Şimali Kipr Türk Respublikası TÜRKPA-ya müşahidəçi üzv seçilib

Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında paylaşım edib.

"Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!" - deyə səfir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31