Rusiya kontingenti işinin öhdəsindən normal şəkildə gələ bilsəydi...- ÖZƏL

"Rusiya sülhməramlılarının yeni komandanının belə bir açıqlaması ümumiyyətlə təəssüf doğurur, əgər hətta məqsədi yeni gələn komandirin erməni separatçılarına özünü göstərmək və onları sakitləşdirmək olsa belə. Çünki Azərbaycanın öz sərhədləri daxilində dövlətimizin istənilən tədbirlərini görmək və suveren ərazimizdə öz əsgərlərini yerləşdirmək hüququ vardır, bunu etməklə yol bağlanmayıb, sadəcə nəzarətə götürülüb". 

Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib.  Politoloq daha sonra bunları qeyd edib:

"Sual oluna bilər bunu niyə əvvəldə deyil, indi həyata keçirdik, çünki üçtərəfli saziş imzalananda bu yolda Rusiya kontingenti nəzarəti həyata keçirməli idi. Lakin son 2 ildə biz gördük ki, Rusiya kontingenti bu missiyasının öhdəsindən gələ bilmir, bizim ərazimizə sərhəd olan qapımızdan Azərbaycan dövlətinin qara siyahısında olan əcnəbilər, Ermənistanın vəzifəli şəxslərini, qanunsuz silahlı şəxslər və hərbçiləri, uzun sözün qısası kimi gəldi buraxırlar. Rusiya kontingenti işinin öhdəsindən normal şəkildə gələ bilsəydi, bu 2 ildə 3 dəfə komandir əvəzlənməzdi".

Vüqar Əhmədov deyib ki, indi yeni komandirin gəlib belə danışması boş vədlərdən başqa bir deyil: "Bu yola artıq Azərbaycan dövləti və sərhədçiləri nəzarət edir və bu yol erməni sivil əhalisi üçün açıqdır, terrorçu və quldur dəstələri üçün isə bağlı, dövlətimizin qərarını heç kim dəyişə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31