AŞPA kirli əməllər axtarışındadır - ÖZƏL
28 Aprel 2023 12:13 Siyasət"İstər AŞPA olsun, istərsə də digər beynəlxalq qurumlar olsun, nə deməklərindən asılı olmayaraq Azərbaycan öz yolundan geri çəkilən deyil. AŞPA-nın verdiyi bəyanatı qəbul etmirik və qərəzli hesab edirik". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, dövlətin ərazi bütövlüyü və onun sərhədlərinin qorunması hər bir dövlətin əsas vəzifəsi olduğu üçün bunda kimlərinsə onu günahkar çıxarması beynəlxalq hüququn pozulmasıdır: "Görünən odur ki, AŞPA kirli əməllər axtarışındadır. Müsair dünyada erməni adlanan toplumun guya kimlərinsə yenidən "soyqırım" edəcəyi yalanları bəhanəsi ilə hay-küy salmasını gerçəklik kimi qəbul etdirilməyə çalışılması əslində bu toplumun "soyqırım" yalanlarında maraqlı olduğunu sübut edir. Həm də tək erməni toplumunun yox, Avropanın müəyyən dairələrinin də maraqlarının bu yöndə olduğunu açıq şəkildə göstərir".
Azər Qasımovun sözlərinə görə, tək gerçəklik odur ki, Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa edir və onu müdafiəsi altına alır: "Erməni toplumunun "soyqırımına" qalanda isə erməniyə soyqırım etməyə ehtiyac yoxdur. Zatən bu düşüncə ilə onların adları tarix kitablarında uzun zaman qalmayacaq. Xəstə təfəkkürləri onların sonunu gətirəcək. Kimin əlindən olacağını tarix göstərəcək".