Lentsov dərhal komandanlıqdan uzaqlaşdırılmalıdır - ÖZƏL

"Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qoşunlarının yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsovun fəaliyyətə başladığı ilk gündən separatçı tör-töküntülərin rəhbəri Araik Arutyunyanla görüşməsi onu deməyə əsas verir ki, bizim sülhməramlılardan çəkəcəyimiz hələ çox şeylər var. Hesab edirəm ki, yeni komandan ilk gündən ermənipərəst, erməni maraqlarına xidmət edəcəyinin siqnalını vermiş oldu". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, dərhal Rusiya Müdafiə Nazirliyindən izahat tələb olunmalı və Aleksandr Lentsovun komandanlıqdan uzaqlaşdırılması məsələsi qaldırılmalıdır:

"Yeni komandanın ilk gündən separatçılarla bir masa arxasında oturması onu deməyə əsas verir ki, bundan sonra Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha çox ermənipərəst mövqe, Qarabağdakı erməni separatçıların maraqlarına cavab verən fəaliyyət ortaya qoyacaqlar. Ona görə də mütləq adekvat addımlar atmalıyıq".

Arzuman Muradlı onu da deyib ki, Aleksandr Lentsovun separatçılarla görüşdə Laçında yaradılmış nəzarət buraxılış məntəqəsini nəzərdə tutaraq "hazırda yolu açmağa çalışırıq" deməsi də yeni komandanın erməni maraqlarına xidmət edən fəaliyyətlə yanaşı, Azərbaycanın daxili işlərinə müdaxilə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31