Azərbaycanın öz ərazisində giriş-çıxışa nəzarət etməsi onun suveren hüququdur - ÖZƏL

"Azərbaycan öz ərazisinə giriş-çıxışa nəzarət etməsi Beynəlxalq hüquqa əsalanan leqitim müstəsna suveren hüququdur". Bunu "Olaylar"a deyən  MCP SŞ-nın üzvü, hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, Azərbaycan Laçın-Xankəndi yolununun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurması ilə Ermənistanda daxili siyasi vəziyyət olduqca gərginləşib və hətta məsələ ilə bağlı Ermənistan Beynəlxalq Məhkəməyə müraciət edərək vəziyyətdən çıxmağa çalışır: "Paşinyanın Parisə, Moskvaya, Vaşinqtona, Brüsselə zənglərinin əhəmiyyətsiz və Azərbaycana heç bir təsir imkanlarının olmamasının göstəricisidir. Baxmayaraq ki, adı çəkilən tərəflər bəyanat və açıqlamalarla çıxış edirlər. Siyasi-hərbi, iqtisadi baxımdan güclü dövlət kimi, Azərbaycan öz qanuni və ədalətli haqqını ancaq öz imkanlarına arxalanaraq qoruması məhz kənardan  heç kimdən asılı olmayan, təsir edilə bilməyən reallıqlar yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31