Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır - ÖZƏL

"Dövlət başçısının son altı ayda Bolqarıstana ikinci dəfə səfər etməsini müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Bolqarıstan Avropa İttifaqına (Aİ) üzv dövlətdir. Prezident İlham Əliyevin bəhs olunan səfəri də ilk növbədə Azərbaycan - Aİ dialoqu kontekstində diqqət çəkir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Lütvəli Şixəliyev səsləndirib. O bildirib ki,   Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir: "Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31