Viktor Naden Rayevski: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çalışır”
14 Avqust 2013 13:32 Siyasət"Rusiya-Azərbaycan əlaqələrində bir sıra problemlər mövcud oldu. Lakin bunun Qəbələ RLS ilə heç bir əlaqəsi yoxdur". Erməni mətbuatına açıqlama verən rus politoloq Viktor Naden Rayevski belə deyib. Rayevskinin sözlərinə görə Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışır: "Bu çərçivədə Azərbaycan və Ermənistan prezidentləri arasında bir sıra görüşlər keçirildi. Təəssüflər olsun ki, dövlət başçıları səviyyəsində baş tutan danışıqlar da nəticə vermədi". Erməni jurnalistin "Nəyə görə Putin Ermənistana yox, məhz Azərbaycana səfər etdi?" sualına Viktor Naden Rayevski belə cavab verib: "Putinin hansı ölkəyə səfər edəcəyi prezidentin gündəliyində olan məsələdir". ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00