Qubadlı-Laçın yolunun təhlükəsizliyi təmin olunub - ÖZƏL
28 Aprel 2023 08:37 SiyasətAzərnaycan ordusu Laçın rayonunun Kiçik Qaladərəsi istiqamətində neytral zonada qalmış 1686 m. və 1516 m. yüksəkliklərini nəzarətə götürüb. Politoloq Zaur Məmmədov Olaylar a bildirib ki, bununla Qubadlı-Laçın yolunun təhlükəsizliyi təmin olundu:
"Bununla yanaşı, Azərbaycan Ordusu Qarabağdakı separatçılığın mərkəzi rolu oynayan Qaladərəsi kəndləri istiqamətində həlqəni bir az da daraltdı".
Politoloq həmçinin qeyd edib ki, Laçında yeni quraşdırılan nəzarət-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31