Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasına işgüzar səfərə gəlib
27 Aprel 2023 17:10 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriƏhliman Əmiraslanov,deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sədaqət Vəliyeva, Anar Məmmədovvə digər rəsmi şəxslər daxildirlər.
Ankara şəhərinin ƏsənboğaBeynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Hüquq komissiyasının sədri ErolKaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovvə digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Türk Dövlətləri Parlament Assambleyasının iclasında çıxışı gözlənilir.



