"Şərqi Avropanın qaz təchizatında Azərbaycanın önəmi artır"- ÖZƏL

"Cari ilin aprel ayının 25-də Azərbaycan Prezidenti Bolqarıstanda səfərdə oldu. Bu səfər zamanı Sofiyada Bolqarıstan, Ruminya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında anlaşma memorandumu imzalanıb. Memorandumda çıxış edən İlham Əliyev Azərbaycanın mövqeyini ortaya qoyub. Bildirib ki,  Azərbaycanın artıq Avropa İttifaqının doqquz dövləti ilə ikitərəfli sazişləri var. Azərbaycan üç böyük layihəni həyata keçirib. Avropaya neft, qaz ötürülməsi ilə bağlı layihələrimiz var. Artıq Azərbaycan Albaniya höküməti ilə danışıqlar aparır. Çünki, Cənub qaz dəhlizinin bir hissəsi Albaniyadan keçir. Bu müddət ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi Avropaya təqdim edib. Bir çox Avropa ölkələri bunu özləri elan edir".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

İlham Əliyev çox uğurlu siyasət yürüdür. İlham Əliyev Azərbaycanın yaşıl enerji ehtiyatlarını gündəmə gətirib. Yəni, Azərbaycan bir növ Avropaya yaşıl enerjini ixrac etməyə hazırlaşır. Hazırda Azərbaycan qazı Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Ruminyaya ixrac olunur. İl sonuna qədər bu sıraya Slovakiya da qoşulacaq. Şərqi Avropanın qaz təchizatında Azərbaycanın yeri və önəmi artır. Yaxın gələcəkdə qaz ixracı iki dəfə artacaq. Azərbaycan regionda həm də ötürücü rol oynayır. Türkənistan, Qazaxıstan qazının Azərbaycan ötürülməsi haqqında da yeni layihələr nəzərdə tutulub. Eyni zamanda Sofiyada SOCAR-ın yeni ofisi açılıb. Hazırda SOCAR dünyada qısa zaman kəsiyində transmilli korperasiya kimi dünyada ilk 500-lüyə daxil olub. Yaxın 10 il ərzində SOCAR-ın ilk 100-ə daxil olacağına inanıram.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31