Avropa dövlətlərinin liderləri Azərbaycana böyük əhəmiyyət verir - ÖZƏL
27 Aprel 2023 15:02 Siyasət"Cənab prezidentin çıxışları hər zaman dünya liderləri tərəfindən diqqətlə dinlənilib, izlənilib və əlbəttə ki, ona uyğun da reaksiya verilib".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib."Hər şeydən öncə ona görə ki, Prezident İlham Əliyev"sözümüz imzamızdır" deyir. Yəni, onun ağzından çıxan hər bir söz altına imza qoyulmuş, möhür vurulmuş sənəddir. Ona görə də, Prezident İlham Əliyevlə münasibətdə olan siyasi liderlər, dünya liderləri bir qayda olaraq onun ağzından çıxacaq sözlərə diqqət kəsilirlər və bilirlər ki, o, dediyi sözə, verdiyi vədə əməl edəcək. Ümumiyyətlə, nə danışırsa, məhz o cür də davranacaq. Bu baxımdan, sözügedən ölkələrin liderlərinin dəyərləndirmələri təqdirəlayiqdir, diqqət çəkir və eyni zamanda, hadisənin özü də çox diqqət çəkicidir. Yəni, SOCAR təmsilçiliyinin açılması, sözügedən dövlətlərlə Azərbaycanın enerji sektoru arasında münasibətlərin daha da dərinləşdirilməsi, eyni zamanda, ümumilikdə bu dövlətlərlə Azərbaycan arasında inteqrasiyanın möhkəmləndirilməsi əlbəttə ki, bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, həmin dövlətlər Avropa Birliyinin üzvü olmaqla, Azərbaycanın həm də Avropa Birliyinə yaxınlaşması, inteqrasiyası baxımından əhəmiyyətlidir. Bu dövlətlərin rəhbərlərinin də prezidentin çıxışına bu cür diqqət kəsilməsi həm də o baxımdan dəyərləndirilə bilər ki, Avropa dövlətlərinin liderləri Azərbaycana həqiqətən də böyük əhəmiyyət verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31