Araik məsuliyyəti üzərindən atmaq istəyir
27 Aprel 2023 15:01 Siyasət"Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçıların qondarma "konstitusiya dəyişikliyi layihəsi"ni yenidən müzakirəyə çıxarması diqqət çəkir: qondarma "prezident" səlahiyyətləri azaldılır, "yarım-prezidentlik" modelinə keçmək, qondarma "parlmentə" daha çox "səlahiyyət" vermək istəyirlər". "Olaylar"ın məlumatına görə, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bunun iki mümkün hədəfi görünür: "Birincisi, Araik Azərbaycanın Xankəndinə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir. Laçın yolunda aksiya başlandıqdan sonra "istefa" verib qaçmaq haqda da düşünürdü, lakin ruslar icazə vermədi; postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür.
İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma "parlamentin" önə çəkildiyi görünür: bu, həm bir şəxsin - Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də "erməni əhalisinin seçimi haqda "parlament" qərar verir" əsasını yaratmağa hesablanıb. Belə demək mümkünsə, "evcik-evcik" oyunayırlar".