Nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren hüququdur - ÖZƏL
27 Aprel 2023 14:04 Siyasət"Fransanın sona kimi ermənipərəst mövqedən çıxış edərək Azərbaycana qarşı absurd mövqedə dayanması qəbuledilməzdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, bu mənada 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyi tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır: "Fransa nəhayət dərk etməlidir ki, Azərbaycan tərəfindən öz suveren ərazisində, sərhəddində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.Azərbaycan dövlətinin atdığı bu addımın guya üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiası da məntiqsizdir. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bundan sonra da bu istiqamətdə müvafiq tədbirləri həyata keçirəcək".