Ceyhun Bayramov fransalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

Fransalı həmkarımla görüşdə regional məsələlər və digər məsələlər ətrafında fikir mübadiləsi oldu. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə mətbuat konfransında deyib.

 

Nazir qeyd edib k, iki ölkə birgə böyük layihələr həyata keçirib, böyük enerji, neft-qaz layihələri, infrsatruktur layihələrində Fransa şirkətlərinin iştirakı olub, ümumilikdə sosial, iqtisadi, humanitar, mədəniyyət, təhsil, elm sahələrində qarşılıqlı əməkdaşlıq müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31