Görünür erməni lobbisinin pulu vətəndən,  dövlətdən şirindir - ÖZƏL

"Belə bir hərəkətin heç bir cəhətdən məqbul səbəbi ola bilməz. Hər hansı bir insan hakimiyyətə, onun siyasətinə, hakimiyyətin ayrı-ayrı üzvlərinə qarşı opponent fikirdə ola bilər, hətta onlara qarşı düşmən mövqedə də ola bilər, amma öz dövlətinə, onun tarixinə şübhə salmaq, bu, artıq müxalifətçilik yox, satqınlıqdır". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri Azər Qasımov Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlunun "Böyük Ermənistan" ideyası və erməni dövlətinin tarixi ilə bağlı film çəkməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, bunun heç bir qəbul edilən tərəfi yoxdur: "Görünür ki, erməni lobbisinin pulu vətəndən,  dövlətdən şirindir. Hakimiyyəti şərt tənqid etməyə, hətta onu təhqiq etməyə müəyyən mənada haqq qazandırmaq olar, hansıki bunu da  doğru hesab etmirəm, amma bu kimi hərəkətlərlə farsa, rusa casusluq etmək arasında heç bir fərq yoxdur. Bunların adı dövlətə xəyanətdir  və qəti şəkildə pislənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31