Volkovun Lentsovla əvəzlənməsi nəyə hesablanıb? - ÖZƏL
27 Aprel 2023 12:50 SiyasətAzərbaycanın Xankəndi və ətraf ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov ilə əvəzlənib. General Volkovun general Lensovla əvəzlənməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqəsini (SBM) qurmasından sonra tətbiqi sözsüz ki, bir-biri ilə bağlı məsələdir. Hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, bir müddət əvvəl Rusiya XİN-nin başçısı Lavrovun Azərbaycanın Laçın - Xankəndi yolunda SBM-nin qurması ehtimalına qəti etirazı fonunda Azərbaycanın buna məhəl qoymadan sözügedən SBM-ni yaratdı: "Rusiyanın sülhməramlı kontingentində komandan dəyişikliyi ilk növbədə Rusiyanın imicini, nüfuzunu qorumaq cəhdidir. Rusiya mediasında Azərbaycanın Ermənistanla sərhəddə həmin SBM-nin açılmasına güya Rusiya Müdafiə Nazirliyinin razılıq, yaxud icazə verməsi kimi fikirlərin səslənməsi Rusiyanın nüfuzunu qorumaq üçün növbəti cəhdidir. Azərbaycanın Laçın - Xankəndi yolunun başlanğıcında SBM-ni qurmağından sonra Volkovun Lentsovla əvəzlənməsi ümumi vəziyyətə də aydınlıq gətirir. Bu fakt həm də onu təsdiq edir ki, Volkov Azərbaycanın mümkün addımlarından ya xəbərsiz olub, ya da Azərbaycan belə bir qəti addım atacağına inanmaylb. Hər bir halda Kremlə dolğun məlumatı ötürə bilməməsi də göz qabağındadır. Həm də bu fakt ona sübutdur ki, Azərbaycan Ordusunun peşəkarlığı, sirliliyi çox yüksək səviyyədədir. Digər tərəfdən, Rusiyanın Ukraynaya müharibəsi ilə özü və Putin hakimiyyəti üçün elə təhlükələr yaradıb ki, real olaraq mövcudluğu belə sual altına düşüb. Yeri gəlmişkən, Çinin açıq, publik şəkildə Rusiya ilə müttəfiqlik istəyindən imtina etməsi Rusiyanın taleyinin çətin sınaqlar qarşısında olduğuna işarədir".