Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin iqtisadi həyatında köklü dəyişikliklər baş verdi - ÖZƏL

"Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ölkəmizin iqtisadi və siyasi həyatında köklü dəyişikliklər baş verdi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artmağa başladı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, geostrateji məkanda yerləşməsi, zəngin karbohidrogen ehtiyatları ilə ölkəmiz hər zaman dünya birliyi üçün böyük maraq kəsb etmişdir: "Son dövrlərdə Azərbaycan Respublikasının sürətlə inkişafa doğru irəliləyən iqtisadiyyatı, enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi və bölgədə əsas söz sahibi olması bu marağı artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi qlobal enerji layihəsini reallaşdırmaqla dünya neft bazarına daxil olan Azərbaycanla artıq Cənubi Qafqazda yerləşən adi bir dövlət kimi deyil, strateji tərəfdaş kimi münasibətlər quruldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası da uğurla başa çatdırıldıqdan sonra Azərbaycan tək bölgədə deyil, dünyada əsas söz sahibi olan dövlətə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi isə bütün problemlərin həllinə təkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31