Ana dilimizin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL

"Müstəqillik dövrü isə Azərbaycan dilinin müasir inkişaf mərhələsinin başlanğıcı oldu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, xalqın təkidli tələbilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə  1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür: "Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31