Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirildi – FOTO

Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə Ümummulli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, media nümayəndələrinin iştirakı ilə təşkil olunan aksiya paytaxtın Müşfiqabad qəsəbəsində reallaşıb.

Ağacəkmə kampaniyasında yüzlərlə tuya, zeytun kimi müxtəlif növ ağac tingləri əkilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında sözügedən ərazidə ağacların dövlət sərmayəsi hesabına əkilmədiyini deyib:

"Bu ərazidə bağlar dövlət sərmayəsi hesabına yox, özəl və dövlət qurumlarının töhfəsi ilə qurulub. Suvarma, damcılama sistemi həmin qurumlar tərəfindən təşkil edilib. Ümid edirik ki, qısa zamanda bu 300 hektarlıq ərazinin bəhrəsini görəcəyikchr("39").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31