“Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsinin qalibləri müəyyənləşib - ÖZƏL

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi məqsədilə yeniyetmə və gənclər arasında elan etdiyi "Ulu Öndərin izi ilə" adlı rəsm müsabiqəsinin qalibləri müəyyən olunub. Fonddan "Olaylar"a bildirilib ki, fevralın 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 20 aprel tarixində başa çatıb. Müsabiqəyə təqdim edilən 34  iştirakçının göndərdiyi rəsm əsərləri Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb. Qiymətləndirmə Komissiyasında  Azərbaycanın xalq rəssamı  Sirus Mirzəzadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov təmsil olunmublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31