“Bakı Metropoliteni”nin Müşahidə Şurasının sədri dəyişib
26 Aprel 2023 16:37 SiyasətPrezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə əvəz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31