İstanbul İbn Haldun Universitetində "Türkiyə -Azərbaycan münasibətlərində Heydər Əliyevin mirası" konfransı keçirilib - FOTO

Bu gün İstanbul İbn Haldun Universitetində Dahi Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Türkiyə Azərbaycan Münasibətlərində Heydər Əliyevin Mirası konfransı keçirilib. İbn Haldun Universiteti Azərbaycan İstanbul Baş Konsulluğunun Beynəlxalq Münasibətləri Araşdırman Mərkəzinin , Heydər Əliyev Avrasiya Çalışmaları və Tətbiqi Mərkəzinin birgə təşkil etdiyi konfransda çox sayda siyasət və elm dünyasının nümayəndələri iştirak ediblər.Konfransda Professor Yaşar Sarı, Beynəlxalq Münasibətləri Analiz Mərkəzinin rəhbəri Fərid Səfiyev, Azərbaycanın İstanbul Baş Konsulu Nərminə Mustafayeva, ibn Haldun Universitetinin rektoru Professor Atilla Tarkan, İbn Haldun Universiteti İdarə heyətinin sədri Professor Irfan Gündüz. Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım çıxış edərək Heydər Əliyevin iki qardaş  ölkə arasındakı münasibətlərin inkişafına və qurulmaslndaki müstəsna rolundan. Azərbaycan dövlətçiliyinin və ordu quruculuğundaki uzaq görən siyasətindən.Enerji qaynaqlarının   təhlükəsiz nəqliyatının dünya miqyasında son yüz ilin möhtəşəm layihələr illə təşkil edilməsindən və ölkələrimizin xalqlarının parlaq gələcəyinin təmini üçün verdiyi tarixi töhfələrdən danışıblar.   

 Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31